Gömrük Komitəsi də MTN-in taleyini yaşaya bilər

gomruk-komitesi1Qurumda əməliyyat keçiriləcəyi və yüksək vəzifəli şəxslərin həbsi gözlənilir

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyində (MTN) olduğu kimi Dövlət Gömrük Komitəsində (DGK) də həbslər həyata keçirilə bilər. Redaksiyamıza daxil olan məlumata görə, bir neçə gün əvvəl Broker təşkilatlarına fəaliyyətlərini dayandırmaq tapşırılıb. Məlumat üçün deyək ki, gömrükdə sahibkarlara məhz Broker təşkilatları vasitəsilə qan uddurulur.

Bundan başqa dövlət gömrük komitəsinin sədri Aydın Əliyev bildirmişdi ki, xaricdən ölkəyə mal gətirənlər Broker təşkilatlarına deyil, birbaşa gömrük orqanlarına müraciət etsinlər. Məlumatlarda bildirilir ki, bütün bunlar səbəbsiz deyil. Indiyə qədər gömrük sahəsində baş verən qanunsuzluqları ört-basdır etmək üçün “Broker” təşkilatlarını qurban verirlər. Lakin məsələ bununla bitmir. Hakimiyyət monopoliyaya, gömrükdəki qanunsuzluqlara qarşı ciddi mübarizə görüntüsü yaratmaq üçün Dövlət Gömrük Komitəsində həbslər həyata keçirməyi planlaşdırır. Iddialara görə, gömrük komitəsinin yüksək vəzifəli şəxsləri, komitə sədrinin müavinləri, Bakı və Sumqayıt gömrük idarələrinin rəhbərləri də bu həbslərdən sığortalanmayıb.