Türkiyədə kürd liderə cinayət işi açıldı

demirtashTürkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barədə cinayət işi açılıb.

Məlumatı “Anadolu” agentliyi yayıb.

Xəbərə görə, Ankara Cümhuriyyət Prokurorluğu S.Dəmirtaş barəsində “kürd muxtariyyəti” mövzusunda verdiyi açıqlamaları əsas götürərək istintaq başlayıb.

Kürdlərin partiyası hesab olunan HDP-nin lideri Türkiyə Cinayət Məcəlləsinin “konstitusion quruluşa və bu quruluşun prinsiplərinə qarşı” çıxmaq maddəsi ilə ittiham olunur.