Səudiyyə Ərəbistanının gündəlik hasilatı 1.5 milyon barrel artırması neft bazarında neftin düşməsinə səbəb olub.
Rusiyanın Energetika Naziri Alexandr Novak belə bir bəyanatla çıxış edərək neftin qiymətinin kəskin aşağı düşməsinə görə Səudiyyə Ərəbistanını ittiham edib. Rusiyalı nazir onu da bildirib ki, gələn aydan etibarən İran bazara əlavə neft çıxaramaqla qiymətin daha da aşağı düşməsinə səbəb ola bilər.
OPEK-in bu yaxınlarda yaydığı məlumat göstərir ki, Səudiyyə Ərəbistanı həqiqətən da gündəlik hasilatı kəskin artırıb. Neft hasilatını artıqmaqla yanaşı Səudiyyə dünya bazarına əvvəlki dövrdən fərqli olaraq daha çox neft çıxarıb.