Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara qarşı olduğunu bildirib. O, Rusiyanın diplomatik cəhdləri davam etdirməli olduğunu açıqlayıb:
“Rusiya sanksiyalar mövzusunda mövqeyini dəyişdi. Mənim isə bu barədə fikrim dəyişməyib. Mən bütün hallarda sanksiyalara qarşıyam. Rusiyaya qarşı sanksiyalara qarşıyam. Türkiyəyə qarşı sanksiyalara qarşıyam. Ankaraya qarşı atdığımız addımları diplomatik cəhdlərlə məhdudlaşdırmaq lazım idi. İqtisadi əlaqələr kəsilməməlidir. Çünki Rusiya iqtisadiyyatı da bundan zərər görür.
Aydın Taş