Rubl ilin ən aşağı səviyyəsində

rubl dollarHəftəyə 70,16 səviyyəsindən başlayan dollar/rubl məzənnəsi, neft qiymətlərindəki azalmanın təsiri ilə yüksəlişə keçərək 72,46 səviyyəsini görüb (Rubl “ölüb”). Rubl, beləliklə dollar qarşısında 3% dəyər itirərək ilin ən aşağı səviyyəsinə enib.
Analitiklər, sonuncu dəfə rublun sürətlə düşməsini, yenidən aşağı düşən neft qiymətləri və Rusiyada il sonundakı büdcə ödəmələrindən qaynaqlandığını bildirirlər.
Dollar/rubl məzənnəsi, neft qiymətlərindəki azalma, Qərbin Rusiyaya embarqoları və Türkiyə ilə yaşanan gərginlik səbəbindən oktyabrın sonundan bu yana yüksəliş ardıcıllığında hərəkət edərək təxminən 16 faiz dəyər qazanıb.

 

(marja)