Neftçinin meyiti ailəsinə təhvil verildi

neft dashlariMeyit Xəzərin Türkmənistan sahilindən 60 km aralıda aşkarlanıb

Xəzərin Türkmənistan sektorunda, sahildən 60 kilometr məsafədə meyiti tapılan neftçi İman Qasımovun meyiti ailəsinə təhvil verilib.

Lent.az-ın məlumatına görə, təyyarə ilə Türkmənbaşıdan Bakıya gətirilən cəsəd tanınma prosesindən sonra gecə saatlarında ailəsinə təhvil verilib. İ.Qasımov bu gün dəfn ediləcək.