İraq ordusu Ramadi şəhərini İŞİD silahlılarından təmizləyib. Bu haqda İraq rəsmiləri məlumat verib.
İraq terrorla mübarizə idarəsnin (CTS) spikeri Sabah Əl Numan, Ramadidə İŞİD üzvüləri qalmadığını, müqavimətin tamamilə qırıldığını bildirib.
İraq Məclisinin sədri Səlim Əl Bazar da Ramadi şəhərinin terrorçulardan tamamilə azad edildiyini açıqlayıb: “Qəhraman təhlükəsizlik qüvvələri böyük bir zəfər əldə etmişdir”,-deyə məclis sədri bildirib.
Ramadidən gələn zəfər xəbəri, başda paytaxt Bağdad və şiələrin mərkəzi Kərbəla olmaqla, bir çox İraq şəhərində sevinc nümayişləri ilə qeyd olunub.
Aydın Taş