
Britaniyalı Con Biden Sakit Okeanı avar çəkməklə, təklikdə və dayanmadan keçən ilk şəxs oldu. Onun 6 metrlik qayığı dekabrın 27-də Avstraliya sahilinə çatıb.
Biden iyunun 1-də ABŞ-ın San-Fransisko şəhərindən start götürmüşdü.
DPA-nın və ABC.net-in məlumatına görə, 53 yaşlı Biden 209 gün ərzində hər gün 15 saat avar çəkirdi.
2011-ci ildə Biden 53 gün avar çəkməklə Atlantik Okeanı keçmişdi (azadliq.org).