Hökumət dollar ajiotajını aradan qaldırmaq üçün heç nə etmir. Dolların artıq qara bazarı formalaşır. Bakının əksər yerlərində valyuta dəyişmə məntəqələri bağlıdır. Manat yenə də sürətlə ucuzlaşır. Bir neçə yüz çox varlanmış, harınlamış korrupsioner, oliqarx acgözlüyündən, hakimiyyət isə bacarıqsızlığından nəinki manatı, bütövlükdə ölkəni də məhvə sürükləyir. Ölkə idarəolunmaz hala gəlir.
Bu qədər məsuliyyətsizlik, acizlik olmaz artıq! Özünüz heç nə düşünə bilmirsinizsə, heç olmasa, müxalifətdən, sosial şəbəkə fəallarından gələn təklifləri nəzərə alın!



