Bakıda binada yanğın; sakinlər çıxarıldı

yangin qarajBakıda çoxmənzilli yaşayış binasında yanğın olub.

Bakı şəhəri, Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət köməkçi otaq qarsalanıb.

Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. (qafqazinfo.az)