“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilməsi haqda məlumat vermişdirk. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib. Bu şəxs hadisə baş verən gecə həyat yoldaşına Vatsap vasitəsilə “Arzu, salamat qal, mən getdim” yazan neftçidir. Xatırladaq ki, neftçinin həyat yoladşı ilə son yazışması sosial şəbəkələrdə hadisə ilə bağlı ən çox yayılan məlumatlar arasında idi.
Hazırda İman Qasımovun cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılmışdır.