Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada hakimiyyətdə Bəşər Əsəd prezident olduğu müddətdə İŞİD terror qruplaşmasına qarşı mübarizədə Rusiya, İran və İraq koalisiyası ilə birgə əməkdaşlıqdan imtina edib.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
“Rusiya, İran, İraq və Suriya İŞİD-ə qarşı mübarizə aparmaq üçün koalisiya yaradanda bizi də ora daxil olmağa dəvət etdilər. Lakin Türkiyə imtina etdi, Rusiya prezidenti Vladimir Putinə dedim ki, qanuniliyini tanımadığım rejim rəhbəri olan Bəşər Əsədlə yanaşı otura bilmərəm”, – deyə o bildirib.



