Kipr liderləri ilk dəfə birgə bayram müraciəti etdi VİDEO

kipr liderleriYunan Kiprinin prezidenti Nikos Anastasidis və Türk Kiprinin lideri Mustafa Akıncı ilk dəfə olaraq Milad və Yeni İl münasibətilə birgə bayram müraciəti ediblər.

Siyasilər əvvəl öz dilində, daha sonra qonşularının dilində çıxış edib.

Cyprus Mail nəşrinin məlumatına görə,  Kipr probleminin nizamlanması ilə bağlı danışıqlar Yeni il tətillərindən sonra başlamalıdır. İlk görüşlər yanvarın 7,14 və 29-a planlaşdırılıb. Həmçinin hər iki yanvarın 20-23-də Davos forumunda iştirak edəcək.

azadlıq.info