Dollar 1.5540 manata çatdı

dollarManat avro və dollar qarşısında dəyər itirməyə davam edir.

Dollar bu günə də bahalaşma ilə başladı. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı ucuzlaşmasına səbəb olub.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi 1.5540-a çatıb. Ötən gün isə bu rəqəm 1.5528 manat olub.

Avronun məzənnəsində də yüksəliş qeydə alınıb. Ötən gün 1.6974 manata olan avro 1.7043-ə yüksəlib.

Rusiya rublu isə cüzi ucuzlaşıb. Dekabrın 24-də 0.0223 manat olan rublu bu gün 0.0221 manata almaq olar.