Ərdoğan intiharın qarşısını aldı FOTO

Türkiyə prezidenti Ərdoğan intihara cəhdin qarşısını alıb.

Ərdoğan, Boğaziçi körpüsündə intihara cəhd edən şəxsi fikrindən yayındırmağa nail olub. İntihara cəhd prezident Ərdoğanın ərazidən keçdiyi vaxta təsadüf edib. Hadisədən xəbər tutan prezident, avtomobilini saxlatdıraraq intihara cəhd edən şəxslə danışıqlara başlayıb. Məhz bundan sonra şəxs fikrindən yayınıb. İntihara cəhd edən şəxs, Ərdoğanla söhbəti zamanı ailə problemi olduğunu bildirib.

Ərdoğan, dinlədiyi vətəndaşın problemlərinin həlli istiqamətində səlahiyyətlilərə lazımı təlimatlar verib.

Aydın Taş