Proqnozlar 15 dollara qədər düşdü

neftin-qiymetiNeft “ayıları” proqnozlarını 15 dollara qədər düşürüb

Neft investorları 15 dollara qədər müddətli kontraktları (fərq müqavilələrini) alır.

Neftdən gözləntilərin aşağı düşdüyünə dair hər gün yeni bir xəbər gəlir.

Analitiklərin 20 dollar səviyyəsinə qədər düşən proqnozları bazarda narahatlıq yaradarkən, bəzi neft spekulyatorları gələn il neftin 15 dollara qədər düşə biləcəyi proqnozu ilə müddətli kontraktları almağa başlayıblar.

OPEC-in hasilatı məhdudlaşdırmaması, İranın neft bazarlarına qayıdışı və Rusiya kimi ölkələrin istehsalı azaltmaması məsələsində israrlı olması qlobal neft bolluğunun daha bir müddət daha davam edəcəyi gözləntilərini getdikcə gücləndirir.

Nyu-York Ticarət Birjasının məlumatlarına görə, neft bazarındakı pessimist mənzərə investorların nefti 15, 20, 25 və 30 dollara gəldikdə sata biləcəkləri müqavilələrə yönəlməsinə yol açıb.

Goldman Sachs-ın Əmtəə araşdırmaları sədri Jefferey Currie, “Həddindən artıq təklifin gələn il də davam edəcəyini proqnozlaşdırırıq” deyib və neftin bu şərtlərin davam etməsi halında 20 dollara qədər enəcəyini söyləyib.

 

(marja)