Gültəkin Hacıbəylidən “Azadlıq”a təbrik

gultekin-hacibeyli1Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli “Azadlıq” qəzetinin 26 illiyini təbrik edib. Feysbuk səhifəsində paylaşdığı təbrikdə G.Hacıbəyli yazır:

“Bu gün mənim ən əziz, ən sevimli dostumun ad günüdür – “Azadlıq” qəzetinin 26 yaşı tamam olur. Bu qəzet olmasaydı, şəxsən mənim üçün Azərbaycanda yaşamaq daha əzablı olardı. Bu qəzet hər gün hava kimi ciyərimə çəkdiyim, su kimi içdiyim mənəvi tələbatımdır. Dar günlərimdə çox “dostlarım” məndən qaçdı, ancaq “Azadlıq” kişi kimi mərdi-mərdanə arxamdan bir an belə çəkilmədi. Və anladım ki, bir “Azadlıq” kimi gerçək dost qazanmaq üçün yüz elə saxta “dostu” itirməyə dəyərmiş. Bu qəzetin əməkdaşları, onun baş redaktoru Qənimət Zahid, baş redaktorun birinci müavini Rahim Hacıyev – bütün kollektiv Azərbaycan naminə heç kimin etmədiyi fədakarlıqlara imza atan dev insanlardır. Belə dev dostlarım olduğu üçün nə xoş mənə! Belə dev oğulların və qızların olduğu üçün nə xoş sənə, Azərbaycan!”.