Niderlandda mühacir həyatı yaşayan, hüquqşünas Ataxan Abilov “Azadlıq”ı ad günü münasibətilə təbrik edib. Ataxan Abilov Facebook səhifəsində yazır:
“Azadlıq qəzeti mənim gündəlik oxuduğum qəzetdir. Bəzən elə olur ki, bu qəzetin elekrton versiyası olan http://www.azadliq.info/ saytına gün ərzində bir neçə dəfə baş vururam.
Düşünürəm ki, “Azadlıq” tək mənim üçün yox, Azərbaycan üçün sıradan bir qəzet deyildir. O, bu gün Vətənimizdə azad sözün son qalası statusundadır. Onun hədəfi avtoritarizim, Azərbaycanın bu gün yaşadığı fəlakətlərin birbaşa baiskarı olan hazırkı rejimdir. Onun Azərbaycan həqiqətlərini dünyaya və daxili auditoriyasına çatdırmaqda rolu əvəzsizdir. Bu mətbu orqanı müasir dünyamızda prinspial və obyektiv jurnalistikanın parlaq nümunəsidir.
Təsadüfi deyildir ki, əli hər yerdən üzülən sadə Azərbaycan vətəndaşı son anda bu ünvana müraciət edir, ona son ümid yeri kimi baxır, çırpıntılarını onunla bölüşməyə çalışır, sanki son anda azad olmağını dadını azca da olsa dadmaq istəyir.
Bu qəzetdə çalışmaq hakimiyyətin hədəfində olmaq, gündəlik məhrumiyyətlərlə yaşamaq, ağla sığan və sığmayan provokasiyalara tuş gəlmək, hər an həbs olmaq olmaq təhlükəsiyə üz-üzə olmaq deməkdir. Belə bir şəraitdə Azadlıq bu gün öz təvəllüd gününü qeyd edir. Bununla əlaqədar olaraq qəzetin bütün oxucularını və xüsusən də onun fədakar kollektivini təbrik edir, onlara tezliklə özlərinə, xalqımıza və Azərbaycana layiq bir cəmiyyətdə yaşamaq arzu edirəm”.