Amerikada yaşayan azərbaycanlı fəal, siyasi məhbus Arif Yunusun qardaşı Ramiz Yunus feysbuk səhifəsində “Azadlıq”ı ad günü münasibətilə təbrik edib. Təbrikini rus və azərbaycanca paylaşan R.Yunus yazır:
Bu gün Azərbaycan mətbuatının lideri olan “Azadlıq” qəzetinin ad günüdür və mən bu qəhrəman kollektivi, onun rəhbəri olan yaxın dostum Qənimət Zahidi bu münasibətlə ürəkdən təbrik edirəm.
Siz öz fədakar mübarizənizlə Vətənimizin ən problemli həqiqətləri — insan haqları, siyasi məhbusların taleyi və ümumiyyətlə Azərbaycanımızın reallığını insanlara senzurasız çatdırırsınız. Cəmiyyətimizə hava, su kimi lazım olan həqiqətləri. Sizlər tarix yazırsınız və onu da bilin ki, bu gün Azərbaycanda bütün mətbuat işçiləri üçün sizlər nümunəsiniz.
Allah köməyiniz olsun!