“Azadlıq” qiyməti artırmaq məcburiyyətində qalıb

azadlig-qazetiBir neçə gün əvvəl ölkədə baş verən devalvasiya hadisəsi maliyyə vəziyyəti onsuz da ağır olan “Azadlıq” qəzetinin durumunu daha da ağırlaşdırıb.

Məlum olduğu kimi, “Azadlıq” qəzeti satışdan maliyyələşən mətbuat orqanıdır. Reklam bazarının “Azadlıq” qəzetinin üzünə bağlı olduğu hamıya bəllidir. Baş vermiş devalvasiya hadisəsindən sonra qəzet kağızının və çap xərclərinin bahalaşması haqqında məlumat almışıq. Yaranmış vəziyyət bizi qəzetin qiymətini artırmağa məcbur edir. Satışdan başqa heç bir maliyyə mənbəyi olmayan “Azadlıq” qəzetinin bundan sonra da çapını davam etdirməsi yalnız qiymətin artırılması nəticəsində mümkün ola bilər.

Azərbaycan ictimai-siyasi həyatının böyük fenomeninə və oxucuların sevimlisinə çevrilmiş qəzetin bu addımını oxucularımızın anlayışla qarşılayacağına böyük ümid edirik.