Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində “Azadlıq” qəzetinə təbriklərini paylaşıb:
– “Azadlıq” 26 il əvvəl bir millətin azad ruhunun ifadəsi kimi ərsəyə gəldi, ilk sayında “Millət şərqisi” ilə xalqa xitab etdi. Bu qəzet indi də milli idealların tərənnümçüsü, milli ağrıların ifadəçisi, milli dərdlərin müzakirəçisi və milli diriliyin nişanəsi kimi öz missiyasını davam etdirir. Onun məramı yalnız həqiqəti söyləməkdir.