“Azadlıq” boğulan millətin son nəfəsliyidir”

aynur-im2Sərbəst jurnalist və ictimai fəal Aynur İmranova “Azadlıq” qəzetini 26 illiyi münasibətilə təbrik edib. Onun feysbuk səhifəsindən qəzetin kollektivinə ünvanladığı təbrikdə deyilir:

“Azadlıq” qəzetinin ad gününə!

“Azadlıq” mənim üçün nəfəsdir, boğulan bir millətin son nəfəsliyidir. Nə vaxtsa orda çalışdığımı qürurla deyirəm həmişə. Məni və bizi heç vaxt utandırmadıqları üçün bütün Azadlıq əməkdarlarına təşəkkür edirəm! Nə olursa olsun, təmənnasız, ağır şəraitdə mübarizədən çəkinməyən, qürurlanası insanların hər birinə uğur, arzuladıqları kimi cəmiyyətdə yaşamağı, ideallarındakı qəzeti çıxarmağı, xəbərləri yazmağı arzu edirəm. O gün olsun ölkədə bir nəfər də siyasi məhbusun qalmaması haqda, azad seçkilərin yaratdığı ajiotaj barədə, jurnalist suallarından qorxmayan, demokratik yolla seçilmiş prezidentin mətbuat konfransından yazsınlar”.