Ukrayna ordusu ilə rusiyapərəst separatçılar bir-birini Ukraynanın şərqində “Bayram atəşkəsi”nin pozulmasında ittiham edirlər.
Ukrayna ordusunun sözçüsü Andrey Lisenko separatçıların artıq razılaşmanı pozduqlarını , Ukrayna ordusunun mövqelərinin azı 7 dəfə atəşə tutulduğunu deyir.
Amma separatçılar ittihamı rədd edir və əksinə atəşkəsin pozulmasına görə Ukrayna ordusunu günahlandırır.
Tərəflər dekabrın 22-də Milad bayramına görə, ümumiyyətlə atəş və istənilən hərəkətləri dayandırmaq razılığına gəlmişdilər.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə azı 9 min adam ölüb.