Türkiyədə növbəti terakt: ölən və yaralılar var

turkiye terror

Partlayışın səbəbi tam dəqiqləşdirilməsə də, artıq hadisənin qəsdən törədildiyinə dair dəlillər aşkarlanıb.

İlkin ehtimala görə, hava limanına kənardan müdaxilə edilib.

Aeroportda bir-birindən yüz metrlərlə uzaqda olan 3 təyyarədə partlayışın izlərinə rast gəlinib. Bu da hadisənin terror olduğu şübhəsini artırır. (APA)

***

İstanbulun “Sabiha Gökçen” beynəlxalq hava limanında baş verən partlayış nəticəsində yaralanan iki nəfərdən biri ölüb.

Partlayış nəticəsində hava limanında çalışan təmizlik şirkəti işçiləri Canan Çelik Burgucu (33 yaş) əlindən, Zəhra Yamac (30) isə kəllə nahiyəsindən yaralanmışdı. Onlar xəstəxanaya yerləşdirilsə də, Zəhra Yamac aldığı zədədən həyatını itirib.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Hava limanına gedən yollarda hərkət edən avtomobillərdə yoxlama aparılır. Əməliyyata polis helikopterləri havadan dəstək verir.

Hava limanının rəhbərliyi isə uçuşların qrafikə uyğun davam etdiyi haqda bəyanat verib. (Report)

***

Türkiyənin İstanbul şəhərində “Sabiha Gökçen” beynəlxalq hava limanında bu gecə partlayış baş verib.

Naməlum səbəbdən baş vermiş paqrtlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Yerli vaxtla saat 02.15-də (Bakı vaxtıyla 04.15) meydana gələn hadisənin təyyarələrin parklandığı apronda baş verdiyi bildirilir. Partlayış zamanı yaralananların hava limanının xadimələri 33 yaşlı Canan Çerlik Burgucu və 30 yaşlı Zəhra Yamaç olduğu bildirilib. Yaralılar “Marmara” universitetinin Pendik təlim və araşdırma xəstəxanasına çatdırılıblar. Xəstəxanadan Zəhra Yamacın vəziyyətinin ağır olduğu bildirilib.

Hava limanı polisi faktla bağlı araşdırmalara başlayıb. Hazırda reyd keçirən polis hava limanına daxil olan və çıxan bütün avtomobillərdə axtarış aparır. (Strateq.az)