Dövlətimizi bütün dünyada gülüş predmetinə çevirirlər. Parlamentimiz ABŞ-a qarşı sanksiyalara hazırlaşır. Manatına sahib çıxa bilməyənlər ABŞ-a qarşı iqtisadi sanksiya tətbiq edəcəkmiş. İşğal olunmuş ərazilərimizdən bircə kəndi də azad edə bilməyənlər ABŞ-ı təcrid edəcəkmiş. ABŞ-dan tələbləri də absurd janrının tələblərinə uyğundur. ABŞ-dan nə az, nə çox – demokratik seçki, insan haqlarına hörmət, korrupsiya ilə mübarizə tələb edirlər. Tələbləri yerinə yetirməsə, ABŞ batdı…
Kim qeyri-ciddi görünmək istəyirsə, buyursun, ona mane olan yoxdur. Amma dövləti belə gülünc günə qoymağa heç bir haqqınız yoxdur. Nəinki dünyada, hətta öz ölkəmizdə belə sizin bu hərəkətinizi ciddiyə alan yoxdur, hamı sizə gülür. Daha 8 milyardı niyə xərcləyirdiniz Avropa Oyunlarına? Siz bu absurd teatrınızla ölkəmizi bütün dünyaya tanıtdıracaqsınız. Təəssüf ki, etdikləriniz təkcə gülməli deyil, həm də ağlamalıdır.
Yazıq vətən, kimlərin əlində qaldın…