Bakıda liftin trosu qırıldı, 7 nəfər yaralandı FOTO

Nərimanov İcra hakimiyəttindən liftdə baş vermiş qəz ailə bağlı açıqlama verilib. İcra Hakimiyyətindən bildirilib ki, sözügedən hadisə ilə bağlı aparılan araşdırmalardan sonra qəzanın başvermə səbəbləri məlum olub:

“Əslində liftin trosu qırılmayıb. Problemin yaranmasına səbəb isə maksimum 5-6 nəfər üçün nəzərdə tutulan liftə eyni zamanda 9 nəfər minməsi olub. Belə ki, lift 9 nəfəri daşıya bilmədiyi üçün əyləc sistemində problem yaranıb, 1-ci mərtəbəyə qədər gələrək “padval”da dayanıb. Xoşbəxtlikdən tros qırılmayıb və ağır nəticə baş verməyib. Hadisə zamanı zədələnənlərin vəziyyəti yaxşıdır”.

Bu məqamda İcra hakimiyyəti əhaliyə müraciət edərək liftdən istifadə qaydalarına ciddi şəkildə riayət olunmasını xahiş edib.

***

Bakıda səhər saatlarında bədbəxt hadisə baş verib.

Qəza Nərimanov rayonunda baş verib.
Qarabağ küçəsində yerləşən binaların birində liftin trosu qırlıb. Həmin an liftdə olan 3 azyaşlı olmaqla, 7 nəfər ağır yaralanıb.

Yaralananlar arasında ər-arvadda olub. Onlar üç gün əvvəl ailə qurublar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən liftin trosu yuxarı mərtəbədə qırılmayıb. Lift birinci mərtəbədə dayanmayıb və “padval”a düşüb.

Hazırda Nərimanov rayon prokuroru və Nərimanov RPİ. 18-ci PB-nin rəis müavini də hadisə yerindədir.

 

Bakıda liftin trosu qırıldı - 7 nəfər yaralandı+Fotolar
Bakıda liftin trosu qırıldı - 7 nəfər yaralandı+Fotolar
Bakıda liftin trosu qırıldı - 7 nəfər yaralandı+Fotolar