Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin işdən azad olunduğu barədə yayılan xəbərlər təsdiqini tapmadı. İdarə rəisinin köməkçisinin ANS PRESS-ə verdiyi məlumata görə, saytlarda yer alan bu xəbərlər əsassızdır.
“Hazırda Fəxrəddin müəllim iş başındadır və onun işdən azad olunması ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Saytlarda yer alan məlumatlar isə həqiqəti əks etdirmir. Yazılıb ki, guya onun yerinə artıq təyinat da olub. Bu da yalandır, Fəxrəddin Əliyevin yerinə bu saata kimi heç kim rəis təyin olunmayıb”.
Vəzifəsindən azad edildiyi deyilən Fəxrəddin Əliyev Bakıda silahlı insident törədən şəxsin atasıdır. Onun övladının bu əməlinə görə işdən çıxarıldığı iddia olunur.
(ans)