Biz dəbdəbəli malların, zinət əşyalarının idxalına qarşı rüsum siyasətini sərtləşdirməliyik.
Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bu təcrübə qonşu ölkələrdə də var: “Məsələn, qonşu Türkiyədə bu cür addım atılıb. Biz bunu etməliyik, bazarlarımızı qorumalıyıq, o cümlədən iqtisadi metodlarla idxalı məhdudlaşdırmalıyıq. Təbii ki, kimsə dəbdəbəli malları ölkəyə idxal etmək istəyirsə, böyük rüsumlar ödəməlidir və bu pullar dövlət büdcəsinə getməlidir”.
Qeyd edək ki, zinət əşyalarının idxalına əlavə rüsumun tətbiq edilməsinin belə əşyaları bahalaşdıra bilər.