Bakı Apellyasiya Məhkəməsində “Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Azərişıq” ASC-yə qarşı şikayəti əsasında məhkəmə prosesi yekunlaşıb.
Məhkəmə şikayəti qismən təmin edib. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə rəd edilib.
Qeyd edək ki, “Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC borcun silinməsi barəsində iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı rədd edib. QSC həmin qərardan şikayət verib.
(apa)