“Suriya Rusiyanın imperiya maraqlarına qurban verilməyəcək”

davutoglu2Türkiyənin baş nazir Əhməd Davudoğlu, Rusiyanın Suriyadakı əməliyyatlarını yenidən tənqid edib. Davudoğlu Suriya torpaqlarının Rusiyanın imperiya maraqlarının bir hissəsi olmayacağını deyib. Baş nazir, Dəmirtaşın Moskvaya səfərinə də münasibət bildirib:

“Rusiya sovet ənənələrindən imtina etmək, digər  xalqlara dostluq və hörmətlə yanaşmaq məcburiyyətindədir. Suriya torpaqları Rusiyanın imperiya maraqlarının tərkib hissəsi deyil və olmayacaq. Suriya xalqı dost və qardaş xalqdır. Suriya xalqına zülm edənlər bundan sonra da qarşısında bizi görəcək”.

İstər  Rusiya olsun, istərsə də başqa zalım bir dövlət olsun, kim Suriya xalqına qarşı zor tətbiq edəcəksə, onun qarşılarında bizi görəcək.

Davudoğlu, çərşənbə günü Rusiyaya səfər edəcək HDP başqanı  Səlahəddin Dəmirtaşa da xəbərdarlıq edib:

“Türkiyə azad bir ölkədir və  təbii ki, hər kəs istədiyi yerə gedə bilər. Amma 2 ay əvvəl niyə  getmədilər? Niyə hava  məkanımızı pozan, böhran yaşadığımız bir ölkəyə belə həssas məqamda səfər təşkil olunur? Bunlar, millətlə birlikdə hərəkət etməkdənsə, Türkiyə ilə kimin problemi  varsa, onlarla əməkdaşlıq edir, bunu özləri üçün əxlaq sayır”.

 

Aydın Taş