Elektrik enerjisi ixracından gəlirlər 45% azalıb

azerenerjiBu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan sayğac göstəricilərinə əsasən 203 785,20 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 34,6% azdır.

Bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 51,3% azalaraq 265 318,45 min kVt/saata bərabər olub.

Komitədən bildirilib ki, hesabat dövründə xaricə həyata keçirilən elektrik enerjisi satışı 15 655,10 min ABŞ dolları dəyərində olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,11% azdır.

 

(report)