Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir. Təhlükəsizlik qüvvələrinin Şırnak, Cizrə və Silopidə keçirdiyi əməliyyatlarda 87 nəfər terrorist öldürülüb, 10 terrorist isə sağ ələ keçirilib.
Bundan başqa, əməliyyatlarda, terror təşkilatının küçələrdə qurduğu 85 barrikada məhv edilib, 13 əl istehsalı partlayıcı zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələri təşkilat üzvlərinin sığındğı bildirilən çox sayda evdə axtarış aparıb. Əməliyyatlarda, 13 polis, 23 təhlükəsizlik işçisi yaralanıb.
Son bir həftə ərzində Şırnak, Mardin və Diyarbəkirdəki əməliyyatlarda isə 104 terrorist öldürüb.
Aydın Taş