Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Qərar ölkə əhalisini çıxılmaz vəziyyətə salsa da, bundan yarallanmaq istəyənlər, işini günün hadisəsinə uyğun quranlar da var. Məsələn, zəngimcell xidmətləri gün ərzində abunəçilərə günün əsas mövzusuna uyğun xidmətlər təklif edib. 6900 qısa nömrəsindən gələn mesajlarda, abunəçilərə dolların qalxmasına həsr olunmuş “Nağarucuğa” və digər bu kimi meyxanalar təklif olunub. Gündəmlə səsləşdiyini nəzərə alıb həmin meyxanaların videoyazılarını təqdim edirik:
https://www.youtube.com/watch?v=6xXXFTK4rFo