Əli Kərimli Leyla Yunusu təbrik etdi

leylayunus-karimliDekabrın 21-də Azərbaycanın görkəmli hüquq müdafiəçisi, siyasi məhbus, bugünlərdə şərti azadlığa buraxılmış Leyla Yunusun doğum günüdür. Bu il o, yubiley yaşını qeyd edir. Bu münasibətlə AXCP sədri Əli Kərimli Leyla Yunusu təbrik edib. Təbrikdə deyilir:

Əziz Leyla xanım, sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm! Siz uzun illərdir ki, peşəkar və vicdanlı hüquq müdafiəçisi kimi xalqımızın haqqı pozulan hər bir fərdini müdafiə edirsiniz. Məhz hüquq müdafiəçisi kimi qətiyyətli və prinspial olduğunuza görə özünüz də repressiyaya məruz qaldınız. Quraşdırılmış, saxta ittihamlar əsasında bir il dörd ay ərzində həbsxanada saxlandığınız dövrdə də amalınızdan, əqidənizdən vaz keçmədiniz. Səhhətinizdə ciddi problemlər yarandı. Real ölümlə üz-üzə qaldınız. Azərbaycan xalqının mütərəqqi kəsimi ilə birlikdə dünya birliyi də sizin hüquqlarınızın müdafiəsinə qalxdı. Nəhayət, indi şərti də olsa, azadlıqdasınız. Yubileyinizi azadlıqda qarşılamağınıza çox şadam. Sizə ilk növbədə can sağlığı arzulayıram. Tez sağalın. Digər siyasi məhbuslarımıza da azadlıq arzulayıram. Bilirəm ki, bu, sizə ən yaxşı yubiley hədiyyəsi olardı. İnanıram ki, uğrunda mübarizə apardığınız idealların gerçəkləşməsinə də az qalıb. Sizə bundan sonra da sağlam, məzmunlu və xoşbəxt həyat arzulayıram!

P.S. Leyla xanım günahkar deyil ki, manatı məhz onun yubiley günündə “öldürüb”, milləti matəmə qərq etdilər”.