Rusiya növbəti dəfə Suriyada dinc sakinlərin qırğınına səbəb olub.
Rusiya ordusuna aid döyüş təyyarələri, Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində məhkəmə binasını bombalayıb. Məhkəmə binasına 8 mərmi düşüb. Hücum zamanı 40 nəfər ölüb, 150 nəfər isə yaralanıb.
Mülki müdafiə qruplarının onlarla insanı dağıntılar altından çıxardığı bildirilir. Rusiya təyyarələrinin hücumu, bölgədə ciddi dağıntılara səbəb olub.
Aydın Taş