“Hizbullah” hərəkatının yüksək səviyyəli komandirlərindən olan Samir Kuntar Dəməşq yaxınlığında həyata keçirilən hava zərbələri nəticəsində həlak olub. Hava zərbələrini İsrail təyyarələri endirib.
Kuntarın ölüm xəbərini onun qardaşı feysbukda paylaşıb. “Hizbullah”a yaxın “El Manar” və Suriyanın dövlət televiziyaları da məlumatı təsdiqləyib. Telekanalın məlumatına görə, hadisə Dəməşqin Karamana rayonunda baş verib.
Kuntar 30 ilə yaxın İsraildə həbsdə saxlnılıb və 2008-ci ildə sərbəst buraxılıb.
Samir Kuntarın adın ABŞ-ın terrorçular siyahısında olub. ABŞ hökumətinin məlumatlarına görə, Kuntar İsrailin işğalındakı Golan Təpələrində”Hizbullah” üçün “terror bazası” yaratmaqda rol alıb.