Yaponiyada keçirilən klublararası dünya çempionatının qalibi İspaniyanın “Barselona” klubu olub.
Finalda Argentinanın “River Pleyt” klubunu 3 cavabsız topla yenən katalonlar bu kuboku 3 dəfə alan yeganə komanda olub.
“Barselona” qələbəni Messinin qolu və Suarezin dublu əldə edib.
Bu, qələbəylə Kataloniya təmsilçisi bir neçə rekorda imza atıb. Belə ki, komanda 2015-ci ildə qazanan mükafatlarının sayını beşə çatdırıb. Bununla da iki dəfə bir mövsümdə beş kubok qazanan yegənə klub olub. “Barcelona” həm də bir mövsümdə 6 kubok qazanan (2009-cu il) ilk klubdu. Komandanın hücumçusu Suarez bombardir olmaqla yanaşı, yarımfinalda het-trik etməklə bu çempionatın tarixində ilkə imza atıb. İndiyə qədər heç bir futbolçu klubalarası dünya çempionatında het-trik etməyib.
Üstəlik, “Barselona” daha bir rekordunu yeniləyib. 2012-ci ildə 64 oyuna 175 qolan vuran komanda bu il 64 qarşılaşmada rəqiblərini 176 dəfə məyus edib.
Qeyd edək ki, bu “Barselona”nın qazandığı 88-ci kubokdu

“Barsa” üçüncü dəfə dünya çempionu oldu
•
•


