Rus təyyarələri daha 9 dinc sakinin həyatına son qoydu

suriyali qacqinlarGecə saatlarında Rusiya döyüş təyyarələrinin Suriyanın Əziz rayonunun Hareten və Azaden kəndlərini bombalaması nəticəsində 9 dinc sakin həyatını itirib, 24 nəfər isə yaralanıb. “Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 8 ağır yaralı müalicə olunmaq üçün Türkiyəyə aparılıb.

Digər yaralılar isə müxalifətin nəzarəti altında olan bölgələrdəki xəstəxanalara yerləşdirilib.

(report)