Obama Ərdoğana zəng etdi

ObamaABŞ prezidenti Obama ilə Türkiyə prezidenti Ərdoğan arasında telefon danışığı olub. Ağ Ev-in açıqlamasına görə, tərəflər arasında əsas müzakirə mövzusu İraq-Türkiyə münasibətlərində yaşanan gərginlik olub. Obama həmkarına İraqda təzyiqi azaldacaq daha çox addım atılmasının və türk əsgərlərin İraqdan çıxarılmasının önəmli olduğunu çatdırıb.

ABŞ prezidenti həmçinin Suriya müxalifətinin gücləndirilməsi istiqamətində səylərin artırılmasından və İŞİD-ə qarşı hücumların daha da intensivləşdirilməsindən bəhs edib.

Aydın Taş