“Bizim Türkiyə ilə strateji əlaqələrimiz var”

iran sefirlik“İranla Türkiyə arasındakı əlaqələr strateji xarakterlidir”. Bunu İslam Respublikası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib.

O, son zamanlar iki ölkə arasında baş verən bəzi hadisələrə münasibət bildirərkən deyib: “İran və Türkiyə arasındakı əlaqələr strateji xarakterlidir. Suriyanın gələcəyi məsələsində fikir ayrılığımız da var. Biz düşünürük ki, türk dostlarımızla bütün məsələləri, hətta Suriya problemini də danışıq yolu ilə həll edə bilərik”.

 

(report)