Rusiya Nyu-Yorkda keçiriləcək danışıqlar ərəfəsində Suriya prezidenti Bəşər Əsədin getməsinə qarşı olmadığını anladaraq mövqeyinin yumşaldığını göstərib.
Qeyd edək ki, Əsəd rejimini dəstəkləyən Rusiya və İran Suriya prezidentinin taleyinin ümümxalq səsverməsi yolu ilə həll olunmasını istəyir. Qərb dövlətləri, Türkiyə, Səudiyyə Ərəbistanı isə Əsədin keçid dövründə prezident olmasına könülsüz olsa da, razılıq veriblər. məhz bu güzəşt Rusiyanın mövqeyinin dəyişməsi üçün imkan yaradıb.
Adı açıqlanmayan Qərb diplomatı bildirib ki, söhbət Əsədin getməsi ilə nəticələnəcək dəyişiklikdən gedir. Rusiya qapalı görüşlərdə keçid dövrünün sonunda Əsədin getməsinə razılıq verib. Sadəcə açıq şəkildə bunu bəyan etməyə hazır deyil.
azadlıq.info