Azərbaycanın kommersiya bankları Manatın dollara dəyişdirilməsi üzrə satış məzənnəsini artırıblar.
Belə ki, bugünədək banklar Dolları 1.0550 səviyyəsindən satırdılar.
Məlumata görə, bu gündən bir çox banklar Dolların satış məzənnəsini 1.0570-1.0580 manata qaldırıblar.
Banklar artıq rəsmi saytlarında qaldırılmış məzənnəni göstərirlər.
Banklardan bildirirlər ki, satış kursunun artırılması son günlər Dollara yenidən tələbin artması ilə bağlıdır.
Banklar Mərkəzi Bankın rəsmi məzənnəsinə + – 2% dəyişiklik edib valyutanı sata bilirlər.
Qeyd edək ki, neft ucuzlaşdığından və ABŞ Mərkəzi Bankı Fed-in faiz qərarından sonra Azərbaycanda ikinci devalvasiya ehtimalı artıb.
(marja)