“Azərpoçt”un 3 filial rəhbəri işdən çıxarıldı

azerpoct“Azərpoçt” MMC-nin 3 filialının rəhbəri işdən qovulub.

Quba, Neftçala və Qazax rayon poçt filiallarının rəisləri fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrindən azad olunublar.

Bildirilir ki, bu addım Rabitə v Yüksək Texnologiyalar Nazirliyində aparılan islahatlar çərçivəsində atılıb: “Fəaliyyətində nöqsanlara yol verən “Azərpoçt” MMC-nin filial rəislərinin siyahısı var. Yaxın günlərdə digər siyahıda adları olan filial rəhbərləri də işindən azad olunacaq”

(apa)