ABŞ dünyanın bütün korrupsionerlərini cəzalandıracaq

abs-ag evABŞ Senatı “Sergey Maqnitski aktı”nın Rusiya ilə yanaşı digər ölkələrə də təsirini nəzərdə tutan qanun layihəsi qəbul edib. Bu barədə məlumat xarici işlər komitəsinin üzvü, təşəbbüsün müəllifi Ben Kardinin ofisindən verilib. Senatın dəstəklədiyi sənəd ABŞ prezidentinə korrupsiyada, məhkəmə hökmü olmadan edam həyata keçirməkdə, işgəncə verməkdə ittiham olunan, məmurların qanunsuz əməllərini ifşa edənlərə və hüquq müdafiəçilərinə qarşı qanun pozuntularına yol verən şəxslərin siyahısını yeniləməyə və dərc etdirməyə səlahiyyət verir. Siyahıya düşən şəxslərə ABŞ vizası verilmir, bu şəxslər ABŞ ərazisində mülkə sahib ola bilməz, banklardakı hesabları isə dondurulacaq.
“Maqnitski aktı” 2012-ci ildə Konqres tərəfindən qəbul edilib və ABŞ prezidenti Barak Obama tərəfindən imzalanıb. Qanun öz ölkəsində insan haqlarını pozun Rusiya məmurlarına qarşı tətbiq edilib.

azadlıq.info