Ukrayna və Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan Avropa Birliyi ölkələrinə vizasız gedə bilər.
Bu barədə Avropa Komissiyasının qəbul etdiyi sənəddə deyilir. Avropa Komissiyası Gürcüstan, Ukrayna və Kosova ilə viza liberallaşdırılmasıda dair müsbət qərar qəbul etdiyini açıqlayıb.
Sənəd Avropa Parlamenti və AB üzvü olan ölkələr tərəfindən təsdiq ediləndən sonra qüvvəyə minəcək. bütün prosedurların gələn ilin yayına qədər başa çatacağı gözlənilir.
azadlıq.info



