Bu gün Ukrayna prezidenti Petro Poroşenko, NATO-nun mənzil qərargahında qurumun baş katibi Stoltenberglə görüşüb.
Görüşdən sonra mətbuata açıqlama verən baş katib, NATO və Ukrayna arasındakı münasibətlərin daha da yaşı olması yollarını müzakirə etdiklərini bildirib. NATO-nun Ukraynanın yanında olmağa davam edəcəyini ifadə edən baş katib, Minsk razılaşmasının icra olunmasını dəstəklədiklərini bildirib: “Bu mövzuda ötən aylarda bəzi irəliləyişlər qeydə alındı. Ancaq son zamanlar atəşkəsin yenidən pozulduğunu görürük. Qarşıdırmaların yenidən başlama riski var”.
Stoltenberg Ukraynanın sərhədlərinə tam nəzarət edə bilmədiyini, Rusiyanın razılaşmaya zidd olaraq hələ də əsgər və sistemlərini geri çəkmədiyini, qeyri-qanuni qrupları tərkisilah etmədiyini də bildirib.
Aydın Taş