Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib ki, ABŞ Federal Sisteminin uçot dərəcəsini 0,25 artıraraq 0,5 faizə çatdırması yaxın vaxtda neftin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Bu barədə o Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, bu qərar ABŞ-a təsir etməyəcək, lakin inkişaf edən ölkələrinin valyutaları zəiflədəcək.
Kudrin ABŞ-ın bu qərarını zamanında verilən düzgün və gözlənilən qərar adlandırıb.
azadlıq.info



