cemilhesenli

ABŞ-da Cəmil Həsənlinin kitabı çap olunub

cemilhesenliBu həftə mərkəzi ofisi London və Nyu Yorkda yerləşən Qərb dünyasının ən məşhur nəşriyyatların biri olan  “Routledge: Taylor & Francis Group” Azərbaycanlı tarixçi, professor Cəmil Həsənlinin “Azərbaycan Cümhuriyyətinin Xarici Siyasəti: Qərbə İnteqrasiyanın Cətin Yolu, 1918-1920” (Foreign Policy of the Republic of Azerbaijan: The Difficult Road to Western Integration, 1918-1920) adlı monoqrafiyasını nəşr etmişdir . Əsər ABŞ-ın məşhur Johns Hopkins universitetinin elmi seriyasında yer almışdır. Monoqrafiya müəllifin uzun illər ərzində ilk Azərbaycan Cümhuriyyəti ilə bağlı apardığı araşdırmalarının yekunu kimi Qərb oxucularına təqdim olunur.  Azərbaycan Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən keçən bir əsrlik dövr ərzində bu əsər Qərb dünyasında həmin dövrün hadisələri haqqında ən fundamental nəşr sayıla bilər. Kitabda 1918-1920-ci illərdə Azərbay­can Cümhuriyyətinin yaranması, onun mədəni dünyaya inteqrasiya istiqamətində atdığı addımları, Şərqlə Qərb arasındakı  diplomatik fəaliyyəti araşdırılmışdır. Müəllif Azərbay­can,  Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin çox nadir arxiv sənədlərinə əsasən Azərbaycan Cümhuriyyətinin xarici siyasətinin maraq­lı mənzərəsini Qərb oxucularına təqdim edə bilmişdir. Kitabda istifadə edilən sənəd və materialların elmi təhlili əsasında professor Həsənli Qərb dəyərlərinə inteqrasiya prosesinin hələ 100 il bundan əvvəl Azərbaycan üçün prioritet istiqamət olduğunu vurğulamışdır. Kitabda Azərbaycan Cümhuriyyətinin ilk xarici siyasət addımları, Bakının azad edilməsi uğrunda diplomatik mübarizə, qonşu dövlətlərlə münasibətlər, Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin dramatik addımları və Versal Ali Şurası  tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması  haqqında  oxuculara geniş məlumat verilir. Müəllif göstərir ki,Azər­bay­can Cüm­hu­riy­yə­ti Birinci dün­ya mü­ha­ri­bə­si­nin ba­şa çat­ma­sı ilə mü­şa­yi­ət edi­lən gər­gin dip­lo­ma­tik mü­ba­ri­zə şə­ra­i­tin­də ya­ran­dı və fə­a­liy­yət gös­tər­di. Professor Həsənlinin fikrincə inqi­la­bın da­ğıt­dı­ğı Ru­si­ya im­pe­ri­ya­sı­nın 1914-cü il hü­dud­la­rın­da bər­pa edil­mə­si­nə gös­tə­ri­lən cəhd­lər 1918-1920-ci il­lər­də gənc Azər­bay­can Res­pub­li­ka­sın­dan bö­yük dip­lo­ma­tik ba­ca­rıq, dün­ya si­ya­sə­ti­nin dö­nüş mə­qam­la­rın­dan baş çı­xar­maq qa­bi­liy­yə­ti tə­ləb edir­di. İki ilin hür­riy­yət sev­da­sı ilə is­tiq­lal da­va­sı­nın kə­siş­mə­sin­də Azər­bay­can xalqı  bu mü­hüm və­zi­fə­nin öh­də­sin­dən gə­lə bil­di. Si­ya­si məz­mun­da Azər­bay­can ide­ya­sı­nı dün­ya­ya təq­dim edən­lər 1920-ci il­də beynəlxalq ba­xım­dan bu ide­ya­nın təs­diq­lən­mə­si­nə na­il ol­a bildilər. Müəllifin fikrincə bu Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi. Kitabda Qərb oxucuları Azərbaycan Cümhuriyyətini quran və onu idarə edən Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Ucubbəyov, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınski və digər tarixi şəxsiyyətlərin fəaliyyəti haqqında geniş məlumatlar ala bilərlər. Arzu edənlər kitabı bu linkdən sifariş verə bilərlər:

Foreign Policy of the Republic of Azerbaijan: The Difficult Road to Western Integration, 1918-1920 (Paperback) – Routledge

cemil hesenli kitab