Tanınmış vəkil vəfat edib

eltonTanınmış vəkil Elton Quliyev vəfat edib.

Bu haqda onun dostları sosial şəbəkələrdə məlumat yayıblar. Vəkil uzun müddət davam edən ağır xəstəlikdən dünyasını dəyişib.

O, 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.

Elton Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.

1991-ci ildə öz istəyi ilə daxili işlər orqanlarından çıxıb.

Allah rəhmət eləsin.