rauf-mirqedirov

Prokuror Rauf Mirqədirova 7 il həbs istədi

rauf-mirqedirovDekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə qapalı keçirilib. Proses dekabrın 23-də davam edəcək.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.

Özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.